Bakı. Trend:
Xırdalanda elektrik yarımstansiyasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 105 kv.m olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 kv.m sahədə yanıb.
Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.