...

Bakıda sərnişin metroda öldü

Hadisə Materials 12 Aprel 2022 08:41 (UTC +04:00)
Bakıda sərnişin metroda öldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metroda ölüm hadisəsi baş verib.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.

"Təxminən səhər saat 06:30-da yaşlı bir kişi "Əhmədli" stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.

Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb".

Ölən şəxs Bakı şəhər sakini,1955-ci il təvəllüdlü Zülfəli Kazımovdur. Həkimlərin rəyinə əsasən o, ürək tutmasından vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti