Bakı. Trend:
Kürdəmir rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Məhərrəmli kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 212 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.