...

Qəbələdə ağır qəza olub, ölən və yaralananlar var

Hadisə Materials 16 May 2022 10:56 (UTC +04:00)
Qəbələdə ağır qəza olub, ölən və yaralananlar var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası olub.

Trend-in məlumatına görə, hadisə rayonun Böyük Əmili kəndi ərazisində rayon sakinləri Afiq Mahmudovun idarə etdiyi “VAZ-21064” və K.Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə A.Mahmudov və sərnişini Cumar Mirzəyev hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Qəbələ RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti