Bakı. Trend:
Tərtər rayonunda yol qəzası baş verib.
Trend-in yerli bürosu xəbər verir ki, hadisə rayonun Köçərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, yolun əsas hərəkət istiqamətinə çıxış üçün gözləyən "Nissan" markalı minik avtomobilinə at çırpılıb. Qəza nəticəsində bir nəfərin yüngül xəsarət aldığı deyilir. Maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.