Bakı. Trend:
Sumqayıtda küçədən qumbara aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Hətəmovdan “F-1” qumbarası aşkar edilərək götürülüb.