...

DİN sosial şəbəkələrdə şantaj halları ilə bağlı vətəndaşlara müraciət etdi

Hadisə Materials 11 İyun 2022 12:28 (UTC +04:00)
DİN sosial şəbəkələrdə şantaj halları ilə bağlı vətəndaşlara müraciət etdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var.

Trend xəbər verir ki, bunu, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Facebook” hesabında qeyd edib.

Elşad Hacıyev bildirib ki, bununla bağlı artıq bir neçə şəxs müraciət edib:

“Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik. Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti