...

Binəqədidə keçmiş məhkum qayınatasının evini atəşə tutdu

Hadisə Materials 15 İyul 2022 10:58 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonunda kürəkən qayınatasının evini atəşə tutub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti