...

Biləsuvarda ikimərtəbəli mağaza yanıb

Hadisə Materials 30 İyul 2022 08:48 (UTC +04:00)

Bakı. Trend:

Biləsuvar şəhərində ümumi sahəsi 256 m² (hər mərtəbəsi 128 m2) olan ikimərtəbəli mağazanın 1-ci mərtəbəsində məişət əşyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti