...

Masazırda üçmərtəbəli binada yanğın baş verib

Hadisə Materials 30 Oktyabr 2022 11:09 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən üçmərtəbəli binada (üçüncü mərtəbəsi restoran kimi fəaliyyət göstərir) yanğın olub.

Bu barədə “Trend”ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ilkin məlumata əsasən hər mərtəbəsi 500kv.m olan üçmərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi binanın mansardasında ümumi sahəsi 500kv.m olan restoranın mətbəx mebeli 3kv.m və dam örtüyü 100kv.m sahədə yanıb.

Binanın böyük hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti