Bakı. Trend:
Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında hündürmərtəbəli binada, mənzildə yanğın başlaması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-in Ddövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürlülüb.
XXX
10.52
Bakıda yaşayış binasında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.