Bakı. Trend:
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində 23 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 300 m² olan tədris mərkəzinin tavanı 6 m² sahədə və içərisində olan əşyalar 5 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən operativ və çevik müdaxilə sayəsində qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib.
Məlumata görə, yanğın sözügedən ünvanda yerləşən “Star colleges” tədris mərkəzində baş verib. Mərkəzdə olan tələbələr təxliyə ediliblər.
***
17:47
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.