...

Bakıda 43 yaşlı kişi küçədə bıçaqlandı

Hadisə Materials 7 Fevral 2023 09:57 (UTC +04:00)
Bakıda 43 yaşlı kişi küçədə bıçaqlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 43 yaşlı kişi küçədə bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə baş verib.

Naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

RPİ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti