...

Naxçıvan gömrüyündə külli miqdarda siqaret müsadirə edilib (FOTO)

Hadisə Materials 15 Fevral 2023 12:02 (UTC +04:00)
Naxçıvan gömrüyündə külli miqdarda siqaret müsadirə edilib (FOTO)

Bakı. Trend:

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 370760 ədəd siqaretlər və 41 ədəd spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti