...

Yaponiyada 5,0 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 20 Fevral 2023 00:18 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın şimalında 5,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Obihiro şəhərindən 9 km aralıda yerləşib. Zəlzələnin ocağı 112 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti