Bakı. Trend:
Göyərtəsində 1,4 min ton metanol olan barj ABŞ-ın Luisvil şəhərində bənddə qismən batıb.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya şirkəti yerli hakimiyyətə istinadən bildirib.
Məlumata əsasən, batma səbəbləri açıqlanmayıb. Eyni gün yedəyə alınan barjalara da ziyan dəyib.
Hakimiyyət orqanları zəhərli maddələrin ətrafa yayılmasının qarşısını almaq üçün Ohayo çayı bəndində şlüzları bağlayıblar.