...

Xaçmaz Dəmir yolu əməkdaşları narkokuryeri 3 kiloqram narkotiklə yaxalayıblar

Hadisə Materials 1 Aprel 2023 08:42 (UTC +04:00)
Xaçmaz Dəmir yolu əməkdaşları narkokuryeri 3 kiloqram narkotiklə yaxalayıblar

Bakı. Trend:

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və tabeçiliyində olan Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadəni saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman hər biri 1,5 kiloqram olan ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana, psixotrop maddə olan metamfetamin, eləcə də psixotrop təsirə malik həblər (ekstazi) aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Natiq Əlizadənin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti