...

Culfa sakinindən xeyli miqdarda silah-sursat götürülüb

Hadisə Materials 17 Aprel 2023 11:39 (UTC +04:00)
Culfa sakinindən xeyli miqdarda silah-sursat götürülüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Xanəgah kənd sakini Adil Yusifovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 3 ədəd 7,62 çaplı patron, 1 ədəd süngü bıçaq və 1 ədəd durbin aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun kəndin “Buzxana” adlanan ərazisində “AK-74” markalı avtomat silahı, 2 ədəd daraq, 524 ədəd müxtəlif çaplı patron və 1 ədəd “Maqnum” markalı ov tüfəngini gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə həmin yerə baxış zamanı qeyd edilən silahlar oradan aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti