...

Bakıda "Prius" piyadanı vurub öldürdü

Hadisə Materials 24 Aprel 2023 09:21 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Toyota Prius" piyadanı vurub öldürüb.

Trend-in məlumatına görə, 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Cəfərov Pərvin Rafiq oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə “Dakar” dairəsi istiqamətində hərəkətdə olarkən, Q.Qarayev prospekti 79 ünvanında yerləşən "Picnic" restoranının qarşısında yolu piyada zolağı ilə soldan sağa keçən 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Şükürov Rəfail Mirzəli oğlunu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti