...

Kürdəmirdə 46 yaşlı kişi güllələndi

Hadisə Materials 11 İyun 2023 00:14 (UTC +04:00)
Kürdəmirdə 46 yaşlı kişi güllələndi

Bakı. Trend:

İyunun 10-də 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti