...

Nehrəmdə dini mərasimdə iştirak edən azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib

Hadisə Materials 29 İyul 2023 15:14 (UTC +04:00)
Nehrəmdə dini mərasimdə iştirak edən azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib

Bakı.Trend:

Sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

"İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti