...

Bakıda mənzildə yanğın olub, xəsarət alan var

Hadisə Materials 9 Sentyabr 2023 12:06 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli, 8 otaqlı, mansarda tipli evin 1-ci mərtəbəsində sahəsi 8 m² olan otağın (mağaza kimi fəaliyyət göstərir) içərisində 5 m² sahədə ərzaq malları, 1 ədəd stol və 1 ədəd soyuducu qismən yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti