...

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Hadisə Materials 1 Oktyabr 2023 00:12 (UTC +04:00)
İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Bakı. Trend:

Sentyabrın 30-u İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Trend-ə bildirilib ki, ilkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti