Bakı. Trend:
Lerikdə yaşayış evində maye qaz balonunun partlaması nəticəsində ər-arvad ağır bədən xəsarətləri alıblar.
Trend xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.