...

Yasamalda evdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hadisə Materials 31 Dekabr 2023 20:13 (UTC +04:00)
Yasamalda evdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Trend:

Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti