...

Abşeronda istixanada yanğın (VİDEO)

Hadisə Materials 20 Yanvar 2024 11:26 (UTC +04:00)
Abşeronda istixanada yanğın (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində istixananın ərazisində yerləşən və sahəsi 120 m² olan qazanxanada baş vermiş yanğın genişlənməsinə, habelə istixanaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qazanxananın içərisində 2 ədəd su qızdırıcısı, 4 ədəd elektrik lövhəsi, 10 p.m istilik sisteminin izolyasiyası, 30 p.m elektrik kabelləri və 5 m² sahədə müxtəlif avadanlıqlar yanıb. Qazanxananın böyük hissəsi, içərisində olan digər qurğu və avadanlıqlar, habelə istixana yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti