...

Qazaxıstanda evdə partlayış baş verib, xəsarət alanlar var

Hadisə Materials 30 Yanvar 2024 02:29 (UTC +04:00)
Qazaxıstanda evdə partlayış baş verib, xəsarət alanlar var
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İlkin məlumatlara görə, Qazaxıstanın Qaraqanda vilayətinin Botakara kəndində 12 mənzilli ikimərtəbəli yaşayış binasında qaz balonu partlayıb. Bu da ikinci mərtəbənin qismən uçmasına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə Qaraqanda vilayətinin Fövqəladə Hallar Departamentinin rəisi Murat Katpanov deyib.

Məlumata əsasən, 6 nəfər dağıntılar altından çıxarılaraq Botakara kəndindəki mərkəzi xəstəxanaya çatdırılıb. Axtarış işləri davam edir.

Murat Katpanov bildirib ki, dağıntının ərazisi hələ də müəyyənləşdirilir, hadisə yerində 45 nəfərdən ibarət qərargah və 13 texnika işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti