...

Paytaxtda ağacın aşdığı yolda hərəkət bərpa olunub (FOTO) (YENİLƏNİB-2)

Hadisə Materials 5 Fevral 2024 23:57 (UTC +04:00)
Paytaxtda ağacın aşdığı yolda hərəkət bərpa olunub (FOTO) (YENİLƏNİB-2)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağacın yolun hərəkət hissəsinə aşması səbəbindən Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

xxx

20:20

Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birliyin əməkdaşları dərhal hadisə yerinə gəlib və ağac yoldan götürülüb.

xxx

19:39

Bakıda ağac yolun hərəkət hissəsinə aşıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb.

Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti