...

Sumqayıtda yaşayış binasında yanğın olub

Hadisə Materials 23 Fevral 2024 17:07 (UTC +04:00)
Sumqayıtda yaşayış binasında yanğın olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Trend FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac, 5 ədəd qoruyucu açar və 3 p.m elektrik kabeli yanıb, yüksək temperaturdan plastik su borusu 0,1 p.m əriyib.

Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti