...

“TikTok”da qadınları şantaj edən şəxs saxlanıldı

Hadisə Materials 24 Fevral 2024 10:30 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan polisi sosial şəbəkədə başqasının adına saxta profillər açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bir neçə xanım “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.

Xəbər lenti

Xəbər lenti