...

Naxçıvanda avtomobildə yanğın olub (VİDEO)

Hadisə Materials 26 Fevral 2024 13:13 (UTC +04:00)
Naxçıvanda avtomobildə yanğın olub (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 58-ci məhəllədə minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend FHN-ə istinadən xəbıər verir ki, dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “VAZ-21015” markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və sürücü paneli qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti