...

Kəlbəcərdə çayda batan Şirvan sakinin cəsədi dalğıclar tərəfindən çıxarılıb

Hadisə Materials 13 Aprel 2024 00:19 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə avtomobil qəzası nəticəsində bir nəfərin Turquçayın Kəlbəcər rayonu, Comərd kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Şahbazov Rəhim İbrahim oğlunun cəsədi batdığı ehtimal olunan yerdən 200 metr aralıda çaydan dalğıclar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti