...

Əliçıraq məscidinin qarşısında yük maşını aşıb, sıxlıq müşahidə olunur

Hadisə Materials 18 Aprel 2024 08:52 (UTC +04:00)
Əliçıraq məscidinin qarşısında yük maşını aşıb, sıxlıq müşahidə olunur

Bakı. Trend:

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti