...

Gəncədə üç ev yandı

Hadisə Materials 13 İyun 2024 23:34 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 34 m² olan talvar, bitişik ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin çardağı 40 m² və ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m², çardağı 20 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti