Bakı. Trend:
İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, iyulun 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.