Bakı. Trend:
Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi vəfat edib.
Trend xəbər verir ki, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib.
Belə ki, Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib.
F. Bayramov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.