Bakı. Trend:
Sabirabad rayonunun Qaralı kəndində ümumi sahəsi 125 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin tavanı və dam örtüyünün taxta atmaları 100 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.