Bakı. Trend:
Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza zamanı yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni svetoforun quraşdırılması işlərinə başlanılacaq.