...

Azərbaycanda zəlzələ baş verib

Hadisə Materials 31 Yanvar 2025 07:26 (UTC +04:00)
Azərbaycanda zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb

Trend-in məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirib.

Mərkəzin məlumatına əsasən, yerli vaxtla saat 05:18-də İsmayıllı seysmik stansiyasından 22 km şimalda, İsmayıllı rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, yanvarın 26-da Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ baş vermişdi.

Xəbər lenti

Xəbər lenti