...

İmişlidə sürət yarışı keçirərək sosial şəbəkədə paylaşım edən sürücülər saxlanılıb (FOTO)

Hadisə Materials 28 Fevral 2025 09:46 (UTC +04:00)
İmişlidə sürət yarışı keçirərək sosial şəbəkədə paylaşım edən sürücülər saxlanılıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İmişlidə sürət yarışı keçirərək sosial şəbəkədə paylaşım edən sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, idarə etdikləri "VAZ" və “BMW” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Ülvi Səmidxanov, Farid Quliyev və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Bildirilir ki, sürücülər barəsində toplanmış materiallar qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı F.Quliyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib, Ü.Səmidxanov isə cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti