...

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb

Hadisə Materials 28 Fevral 2025 10:37 (UTC +04:00)
Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti