Bakı. Trend:
Ağcabədidə baş verən yanğın zamanı 52 yaşlı ev sahibi yanıq xəsarəti alıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Rasim Tağıyev küçəsində baş verib.
Yanğın zamanı ev sahibi 1973-cü il təvəllüdlü Məmmədov Etibar Fikrət oğlu yanıq xəsarəti alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, rayon sakini E.Məmmədov xəstəxanaya daxil olarkən onda üz və yuxarı aşağı ətrafın termiki yanığı ikinci dərəcəli yanıq xəsarəti olub. Hazırda prosesə uyğun yardım göstərilməsi davam etdilrilir.
XXX
11:23
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, beş otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 252 kv.m. olan kürsülü beşotaqlı evin 2 otağının və mətbəxin yanar konstruksiyaları 76 kv.m. sahədə yanıb, 1 nəfər xəsarət alıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.