Bakı. Trend:
Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın tam söndürülüb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb”, – FHN-in açıqlamasında bildirilib.
XXX
01:20
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat alır-almaz, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.