...

Xırdalanda baş verən yanğın zamanı 45 nəfər sakin təxliyə olunub

Hadisə Materials 3 Mart 2025 10:07 (UTC +04:00)
Xırdalanda baş verən yanğın zamanı 45 nəfər sakin təxliyə olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, ötən gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Nazirlikdən Trend-ə bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti