Bakı. Trend:
Fevral ayında sərhəddə 155 kiloqramdan artıq narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti 2025-ci ilin fevral ayı üzrə fəaliyyətinin icmalında deyilir.
"Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 193 qram narkоtik vasitə, 191 ədəd həb və 105 litr maye şəkilində narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən maddə aşkarlanaraq dövriyyədən çıxarılıb", - deyə icmalda bildirilib.
Qeyd edilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 16 milyon 787 min 836 manat оlan qaçaqmal, о cümlədən 20 ədəd 9 mm-lik tapança mərmisi, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.