...

Mingəçevir su anbarında batdığı ehtimal olunan vətəndaşın axtarışları davam etdirilir (VİDEO)

Hadisə Materials 3 Mart 2025 14:56 (UTC +04:00)
Mingəçevir su anbarında batdığı ehtimal olunan vətəndaşın axtarışları davam etdirilir (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Trend xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti