...

Gəncədə kommunal tipli yaşayış binasındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 6 Mart 2025 19:14 (UTC +04:00)
Gəncədə kommunal tipli yaşayış binasındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Gəncədə kommunal tipli yaşayış binasında yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

xxx

17:37

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Trend-ə verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti