...

Bakıda oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

Hadisə Materials 12 Mart 2025 11:03 (UTC +04:00)
Bakıda oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Səbail və Nəsimi rayonlarında oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildiirlib ki, Səbail rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə 8400 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin 5000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, dələduzluğa görə axtarışda olan 49 yaşlı R.Rüstəmovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti