...

Məşhur şirkətə məxsus yük avtomobili beton dirəyə çırpılıb: sürücü xəsarət alıb (FOTO)

Hadisə Materials 13 Mart 2025 09:17 (UTC +04:00)
Məşhur şirkətə məxsus yük avtomobili beton dirəyə çırpılıb: sürücü xəsarət alıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Əsgəran. Trend:

Məşhur şirkətə məxsus yük avtomobili qəza edib.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə işğaldan azad olunmuş Əsgərən qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Körpü Bina Tikinti" MMC-yə məxsus "SHACMAN" markalı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı betondan olan dirəyə çırpılıb.

Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti