...

Şabranda əməliyyat - 4 kiloqram narkotik vasitə aşkarlandı (FOTO)

Hadisə Materials 18 Mart 2025 12:55 (UTC +04:00)
Şabranda əməliyyat - 4 kiloqram narkotik vasitə aşkarlandı (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 4 kiloqram narkotik vasitə olan marixuana dövriyyədən çıxarılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 25 yaşlı Murad Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti